Musiqi dinləyərkən beynimiz belə görünür – Faydaları və zərərləri – Video

Spread the love

Musiqi dinləyərkən beynimiz belə görünür – Faydaları və zərərləri – Video

Hazırda günümüzü musiqisiz təsəvvür etmək çətindir. Müasir dövrdə hər kəs, demək olar ki, gündə bir dəfə də olsa musiqiyə qulaq asır.

Bəs musiqi insan beyninə necə təsir edir?

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, musiqi beynin hərəkət, planlama, diqqət, öyrənmə və yaddaşla bağlı hissələrini aktivləşdirir.

Musiqi beyində dopamin adlanan kimyəvi maddənin yaranmasına səbəb olur ki, bu maddə sayəsində narahatlıq aradan qalxır, stress azalır və əhval ruhiyyə yüksəlir. Dopamin insanı əylənməyə, deyib-gülməyə vadar edir.

Musiqi, həmçinin immun sistemini də gücləndirir. Belə ki, musiqinin yaratdığı emosional təcrübə immun sistemini artırmağa kömək edən hormonların ifrazına səbəb olur.

Musiqi bəzi beyin hüceyrələri ölən insanların şəxsi məlumatlarını xatırlamağa, hafizənin möhkəmlənməsinə kömək edir.

Sakitləşdirici musiqi bədəndə qan təzyiqini normallaşdırır və xroniki ağrıları azaldır.

Musiqinin faydaları ilə yanaşı zərərləri də var. Belə ki, musiqilər arasında intihara sürükləyən, mənfi emosiyar yaradan mahnılar da var. Həmçinin qulaqcıq vasitəsi ilə yüksək səslə mahnıya qulaq asmaq qulaq və baş ağrılarına səbəb olur.

Qeyd edək ki, yuxarıda təqdim etdiyimiz videoda mahnı dinləyən zaman beyində yaranan vəziyyət əks olunub.

Mənbə: saglamolun.az

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *